Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO

Qəzalar 26 Avqust 2026 19:00
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 25-də günorta saatlarında rayonun Qədimqala kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil beton arakəsməyə çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücü və sərnişin yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh