“23 il sonra bu qədər əziyyətimin qarşılığında təqaüdümü kəsdilər” - FOTO

23 ildir əlillik pensiyası alan şəkər xəstəsi Bəhmən Hümbət oğlu İmanov təqaüdünün kəsilməsindən narazıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Birinci və İkinci Qarabağ müharibəsi veteranı olan Bəhmən İmanov özü müraciət edib.
Şikayətçinin sözlərinə görə, 2003-cü ildən indiyə qədər əlillik təqaüdü alıb: “Mənim 62 yaşım var, ali savadlı insanam. Lakin hazırda sağlamlığım işləməyimə imkan vermir. 2-ci qrup əliləm, şəkər xəstəsiyəm. Bu vaxta qədər müxtəlif xəstəxanalarda, reabilitasiya mərkəzlərində müalicə almışam. Birinci və İkinci Qarabağ Mühribəsində iştirak etmişəm, veteranam, müxtəlif bədən xəsarətlərim var. İkinci Qarabağ Müharibəsində 17 gün bələdçi kimi iştrak edərkən dalğaya düşərək yüngül travma və qəlpə yarası almışam. 23 ildən sonra bu qədər əziyyətimin qarşılığında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqaüdümü kəsib. Axı mən nə edim? Bu yaşımda sağlamlığımı qeri qaytarsalar, duaçı olaram”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə sorğu ünvanladıq. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, onun hazırkı sağlamlıq vəziyyətində əlillik əlaməti müəyyən edilməyib: “Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü İmanov Bəhmən Hümbət oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 03.08.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış şəraitində qiymətləndirilib.
Onun hazırkı sağlamlıq vəziyyətində əlillik əlamətinin olmadığı müəyyən edildiyindən əlillik təyinatı aparılmayıb”.

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












