Azərbaycan toylarında gözlənilməz QAYDA

Son vaxtlar toylarda təşkil edilən meyxana məclislərində yaşanan insidentlər cəmiyyətdə birmənalı qarşılanmır.
Avtosfer.az Globalinfo.az-a istinadən xəbər verir ki, ötən gün meyxanaçı Balaəlinin həmkarı Xosrov Maştağalıya butulka atması ilə bağlı görüntülər meyxana müzakirələrini yenidən qızışdırıb.
Meyxanaçıların deyişməsi zamanı yaranan gərginliyin söz atışmasından əlbəyaxa davaya qədər böyüməsi artıq təkcə həmin məclisdə iştirak edən insanların problemi kimi görünmür. Çünki toyda baş verən belə hadisə çox zaman toy salonunun divarları arasında qalmır. Telefon kameraları işə düşür, görüntülər sosial şəbəkələrə yayılır və bir neçə saat ərzində minlərlə gənc, yeniyetmə həmin səhnənin şahidinə çevrilir.
Meyxananın mahiyyətində sözlə rəqabət, improvizasiya, hazırcavablıq və satira dayanır. Deyişmənin marağı da müəyyən mənada buradan yaranır. Amma sözün sərhədi keçildikdə, rəqabət qarşı tərəfi alçaltmağa, təhqir etməyə və aqressiyaya çevrildikdə artıq söhbət sənət yarışmasından getmir.
Xüsusilə təhqir məzmunlu ifadələrin işlədilməsi bu məsələnin ən problemli tərəflərindən biridir. Meyxanaçı auditoriyanın reaksiyasını qazanmaq üçün daha sərt ifadələrə müraciət etdikcə məclisin atmosferi də dəyişə bilər. Nəticədə bir neçə saniyə əvvəl alqışlanan deyişmə qəfil qarşıdurmaya çevrilir.
Son hadisələrdən sonra Azərbaycan toylarında meyxananın qadağan olunması təkliflərinin səslənməsi təəccüblü deyil. Artıq meyxana sferasında bu barədə müzakirələr gedir. Lakin əsas məsələ meyxananın olub-olmaması yox, necə təşkil olunmasıdır.
Toyda meyxana varsa, onun da bir çərçivəsi olmalıdır.
Bir vaxtlar narkomaniyanı, kriminal aləmi təbliğ edən meyxanalar müəyyən maarifləndirmə və çəkindirmə işlərindən sonra yığışdırıldı.
Mümkündür ki, meyxana məclislərində əndazəni aşan ifadələr da qadağan edilsin – elə toy sahibləri tərəfindən.
Əks halda bu proses toylarda meyxana məclislərinin təşkil edilməsinin ümumiyyətlə qadağan edilməsinə qədər gedib çıxa bilər.
Hər şeydən əvvəl bir gerçəyi deyək: meyxananın taleyini bir butulka müəyyən etməməlidir. Amma bir butulkanın toy məclisində silah kimi peyda olmasına da göz yumub keçmək olmaz.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












