“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT

Sosial 26 Sentyabr 2026 17:35
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
WhatsApp kanalımıza abunə olun

Sosial şəbəkələrdə "Azpetrol" yanacaqdoldurma məntəqəsində baş verdiyi iddia olunan insidentlə bağlı müştəri şikayəti yayılıb.

Avtosfer.az xəbər verir ki, Anar Ağayev adlı sürücü Qala-Aeroport yolunda yerləşən "Azpetrol" YDM-də operatorun səhvi ucbatından avtomobilinə dizel yanacağı əvəzinə benzin vurulduğunu bildirib. Vətəndaşın sözlərinə görə, bu diksinsiz səhv nəticəsində avtomobilinə xeyli maddi ziyan dəyib.

Şikayətçi problemlə bağlı məntəqə rəhbərliyinə müraciət etsə də, gözləmədiyi münasibətlə qarşılaşdığını qeyd edib:

"Boşaltdığım yanlış yanacağı qablara töküb geri qaytardım, lakin müdiriyyət bunu qəbul etmədi. Üstəlik, obyektin mühafizə əməkdaşı mənə zor tətbiq etdi."

 

 

Oxunub : 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh