Bakıda söküntü işləri BAŞLADI - VİDEO

Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş səkkiz binanın sökülməsi planlaşdırılır.
Avtosfer.az "Azad Azərbaycan" telekanalına istinadən xəbər verir ki, layihə çərçivəsində bir sıra küçə və prospektlərdə köhnə yaşayış binalarının yenilənməsi, ərazilərin abadlaşdırılması və yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun həyata keçiriləcək yenidənqurma işləri Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli və Rizvan Teymurov küçələrini, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərini əhatə edəcək.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, sakinlərə ödəniləcək kompensasiyanın məbləği ərazinin yerləşməsindən və infrastruktur imkanlarından asılı olacaq. Yaşayış sahələri üçün hər kvadratmetrə görə 2 000 - 2 800 manat, qeyri-yaşayış sahələri üçün isə 4 000 manatadək kompensasiya nəzərdə tutulur.
Vüqar Oruc bildirib ki, sökülməsi planlaşdırılan binaların əksəriyyəti yataqxanalardır. Binaların bir hissəsinin dövlət vəsaiti hesabına sökülməsi, sakinlərin köçürülməsi və boşaldılmış ərazilərdə parkların salınması planlaşdırılır.
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR












