Dubay şokoladları xoşlayanların NƏZƏRİNƏ: Məhsullar satışdan çıxarıla bilər, çünki...

Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) son vaxtlar populyarlaşan Dubay üslubunda istehsal edilən “Noesis”, “Fıx it” və “Le Damas Dubai” adlı şokolad məhsullarının tərkibində düzgün qeyd olunmayan allergenlər olduğu üçün geri çağırılması barədə qərar verib. Bəs, qanunvericiliyə əsasən, tərkibində düzgün qeyd edilməyən allergen bir məhsulun satışdan tam çıxarılması hansı hallarda tətbiq olunur?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda bu cür məhsulların satışdan çıxarılması Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tənzimlənir. Onun sözlərinə görə, insan sağlamlığına birbaşa təsir göstərən məhsullar, xüsusilə də qida sektorunda istehlak edilən mallar ölkəyə daxil olarkən mütləq şəkildə nəzarətdən keçir və sertifikatlaşdırılır.
“Azərbaycanda qüvvədə olan hüquqi aktlara və beynəlxalq konvensiyalara əsasən, məhsulun tərkibində düzgün qeyd olunmayan allergen varsa və bu hal sübut olunarsa, həmin məhsulun satışdan çıxarılması mümkündür. Əgər bu barədə xarici ölkə tərəfindən qərar verilibsə və Azərbaycan həmin beynəlxalq sənədi ratifikasiya edibsə, o zaman qərar burada da hüquqi əsas ola bilər. Sadəcə məhsulun ölkəyə idxalı zamanı onun sertifikatları ciddi şəkildə yoxlanmalı və uyğunluq məsələsi dəqiqləşdirilməlidir”, – deyə hüquqşünas qeyd edib.
Ramil Süleymanov əlavə edib ki, bu kimi hallarda beynəlxalq əməkdaşlıq çərçivəsində məhsulun Azərbaycanda satışına icazə verilib-verilməməsi müvafiq qurumlar tərəfindən birgə müzakirə olunmalıdır.(konkret.az)
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












