Çimərliklərdə yeni qadağa niyə var? - Qayda pozsanız...

Daxili İşlər Nazirliyi çimərliklərlə bağlı yeni xəbərdarlıq yayıb.
Qurumun rəsmi məlumatında bildirilir: “Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır.”
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov “yenisabah”a açıqlamasında bildirib ki, bu cür qadağalar insanların təhlükəsizliyi baxımından olduqca vacibdir:
“Çimərliklər insanların çox toplaşdığı ərazilərdir. Lakin bu zonalarda nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol nişanları və ya xüsusi infrastruktur demək olar ki, yoxdur. Bu isə qəza riskini artırır”.
Ekspertin sözlərinə görə, mövcud yol hərəkəti qaydalarına əsasən, şəhər kənarı yol olmadığı hallarda sürət həddi maksimum 20 km/saat olmalıdır:
“Çimərliklərdə tətbiq olunan bu məhdudiyyətlər insanların rahatlığı və təhlükəsizliyi üçün nəzərdə tutulub. Eyni zamanda, ictimai asayişin qorunmasına da xidmət edir”.

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












