Banner

“Mehdiyev işi”ndə şok gəlişmə – Üç məşhurun həbsi gözlənir - VİDEO

Yazarlar 13 Dekabr 2025 20:50 Oxunub 92
“Mehdiyev işi”ndə şok gəlişmə – Üç məşhurun həbsi gözlənir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ətrafında baş verən son proseslər radikal müxalifətin fəaliyyətini yenidən gündəmə gətirib. Avtosfer.az "Globalinfo"ya istinadən xəbər verir ki, mətbuatda dərc olunan materiallarda iddia olunur ki, bu şəxslərin və rəhbərlik etdikləri qurumların fəaliyyətində dövlətçilik maraqlarına zidd məqamlar var. Onların xarici dairələrlə qaranlıq əlaqələri və müxtəlif maliyyə maxinasiyalarına yol vermələri artıq hüququn predmetinə çevrilib. Bu iddiaların ardıcıl şəkildə gündəmə gəlməsi radikal müxalifət daxilindəki qrupların fəaliyyətinin daha geniş şəkildə təftiş olunması zəruri edir.

Yazını videodan da izləyə bilərsiniz:

Müzakirələr yalnız Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqələri ilə məhdudlaşmır. AXCP-Müsavat xətti və bu siyasi cəbhənin müxtəlif nümayəndələrinin fəaliyyəti də son günlər daha çox diqqət mərkəzinə çəkilir. Müsavat Partiyasının rəhbərliyində yer almış bəzi şəxslərin də barəsində ittihamlar, iddialar özünü göstərir.

Belə ki, Müsavat Partiyası və onun indiki başqanı İsa Qəmbər, partiyanın Məclis sədri Arif Hacılı barədə mediada müxtəlif yazılar dərc olunur. İddialara görə, İsa Qəmbər uzun illər öncədən xarici kəşfiyyat strukturları ilə əlaqədə olub. Arif Hacılı isə mühacir alverində iştirakda ittiham edilir. Eyni zamanda, Milli Şuranın sədri Cəmil Həsənlinin də adı bu müzakirələrdə hallanır. İstər xarici təsir mexanizmləri, istərsə də “mühacir alveri” kimi qeyd olunan fəaliyyətlər bu siyasi dairələr haqqında daha geniş hüquqi və institusional araşdırmalara ehtiyac olduğunu göstərir.

Görəsən, radikal müxalifətin uzun illər ərzində formalaşan fəaliyyət istiqamətləri tam şəkildə araşdırılacaqmı? Araşdırmalar həbslə, yoxsa başqa hüquqi proseduralarla yekunlaşacaq?

Vətən müharibəsindən sonra Azərbaycanın daxilində və regionda yaranmış reallıqlar dövləti bir sıra addımlar atmağa vadar edib. Bu addımların biri də illərdir ölkə içində dövlətə qarşı təşkilatlanmış bəzi qruplaşmaları neytrallaşdırmaqdır. Siyasi partiyalarda, bəzi QHT və media subyektlərində özlərini gizlətmiş, gerçək mahiyyətlərini maskalamış qruplarla, ayrı-ayrı ölkələrə bağlı olduğu deyilən şəxslərlə dövlət qanunun sərt dili ilə danışmaq xəttini seçmək məcburiyyətində qalıb.

“Mehdiyev işi”ndə ŞOK gəlişmə – üç məşhurun həbsi gözlənir: Rusiya detalı/VİDEO

Ramiz Mehdiyevin barəsində seçilən həbs qərarı ortaya çox ciddi məlumatlar çıxardı. Azərbaycanda hakimiyyət çevrilişinə hazırlaşan mütəşəkkil dəstənin olduğu bilindi. Bu dəstənin üzdə müxalifətin radikal qanadı ilə Mehdiyevçi qrupdan ibarət olduğu deyilsə də, daha dərinə işlədiyi haqda məlumatlar dolaşır. Artıq yayılan məlumatda deyilir ki, Əli Kərimli, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə gizli ittifaq qurub. Bu şəxslərin dövlətə qarşı revanşist və intiqamçı əhvalda olması kimsəyə sirr deyil.

Bu siyahıya Müsavat Partiyasının başqanı İsa Qəmbərin, partiyanın Məclis sədri Arif Hacılının, Milli Şura sədri Cəmil Həsənlinin adlarının əlavə edilməsi isə prosesə yeni rəng qatıb. Hər üç siyasətçinin şəxsində yeni həbslərin olacağına dair gözləntilərin olduğu deyilir. Artıq sosial şəbəkələrdə, saytlarda İ.Qəmbər, A.Hacılı barədə yazılar yayımlanır. Onların xarici xüsusi xidmət orqanları ilə əlaqələrindən, mühacir alverində iştiraklarından bəhs edilir. Kifayət qədər ağır ittihamlardır. Sübut olunsa, uzunmüddətli həbsə məhkum edilə bilərlər.

Adətən bu cür yazılardan sonra həbslər olur. Mümkündür ki, yaxın günlərdə İsa Qəmbər, Arif Hacılı və Cəmil Həsənli saxlanılsın.

Bunun ardınca isə AXCP ilə Müsavatın dövlət qeydiyyatı ləğv oluna, fəaliyyətləri qadağan edilə bilər. Bu tədbirlər yalnız Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və s. bağlı deyil. Mümkündür ki, bu sərt addım sözügedən şəxslərin və təşkilatların Mehdiyevçi klanla əlaqələrini tamamilə kəsmək üçün atılsın. Yəni son hadisələr əslində müxalifətə, ayrı-ayrı şəxslərə qarşı yox, dövlətin əleyhinə təşkilatlanmış, üstəlik Rusiyaya, İrana, başqa xarici qüvvələrə bağlı bir və ya bir neçə qrupun zərərsizləşdirilməsi prosedura da ola bilər.

Xatırladaq ki, “Ramiz Mehdiyev işi”ndə baş nazirin sabiq 1-ci müavini, Rusiyada yaşayan Abbas Abbasovun da adı hallanıb. Onun 2012-2013-cü illərdə Rusiyada qurulan və Bakıya qarşı təsir mexanizmi halını almış “Milyarderlər İttifaqı”nda əsas fiqur olduğu məlumdur. Bu “ittifaq” sonradan Bakıda Milli Şura formatında təzahür etdi. Təşkilatın sədri vəzifəsinə “Milyarderlər İttifaqı”nda yer almış Rüstəm İbrahimbəyov gətirildi. O, 2013-cü ildə keçirilən prezident seçkisində Milli Şuranın vahid namizədi kimi cəmiyyətə təqdim edilsə də, R.İbrahimbəyov ssenaridən kənara çıxdı və bu roldan son anda imtina etdi. Onun əvəzinə vahid namizəd kimi seçkiyə Cəmil Həsənli qatıldı.

Son 3 ayda baş verənlər fonunda ortaya çıxan mənzərədən aydın olur ki, Azərbaycan dövlətinə qarşı xain plan olub. Bu plan hardasa 15 ildir mövcuddur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh