Yalnız bir mərkəzdən ibarət olan Bakını necə xilas edək? - TƏHLİL

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda açıq şəkildə qeyd olunur ki, Bakı monosentrik şəhər olub. Yəni, bir mərkəzdən ibarət paytaxt şəhərimiz var. Dünyada isə trend budur ki, paytaxt şəhərləri polisentrik - çoxmərkəzli olmalıdır. İndi biz neçə il çalışmalıyıq ki, "şəhərə çıxaq" deyəndə yalnız bir mərkəz yada düşməsin və nəqliyyat vasitələri ilə piyadalar təkcə bir yerə yox, bir neçə yerə axın etsin. Belə olduqca şəhər nəqliyyatını daha asan idarə etmək mümkün olur, tıxac yaranmır.
Proqramda qeyd olunur ki, Bakıda səfərlərin müddəti 20 dəqiqədən çox olmamalıdır. Bakı dünyanın ən yaxşı 30 şəhərindən biri olmalıdır.
Mənim fikrimcə, bizdə reallıq fərqlidir. Nəinki Bakı bir mərkəzdən ibarətdir, bütöv Azərbaycan bir mərkəzdən - Bakıdan ibarətdir, Bakı da bir mərkəzdən ibarət olanda aləm dəyir bir-birinə. Ən pis göstərici odur ki, 10 il öncə Bakıda 1000 nəfərə 132 avtomobil düşürdüsə indi bu rəqəm 160 faiz artaraq 1000 nəfərə 320 avtomobil olub. Bəs Bakının bu qədər yükü çəkməyə gücü varmı? Əlbəttə ki, yox. Çünki Azərbaycanın 10 milyonluq əhalisinin 4-5 milyonu Bakıdadır və ya Bakıya gündəlik səfərlər edir. Bu isə normal hal deyil. Ölkədə hər şey paytaxtda olmalı deyil.
Proqramın qəbulunu alqışlayıram və çoxdandır gözlədiyimiz məsələlərin həllinin bu sənədlə mümkün olacağını düşünürəm. Amma problemləri kökündən həll etmək üçün bölgələrimizin inkişafına ciddi diqqət yetirilməlidir, kəndlər, rayonlar daimi sakinlərini geri çəkməlidir.
Elməddin Muradlı
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım












