Altı aydır sürülməyən maşına cərimə yazıldı - DYP cavab verdi - VİDEO

Altı aydan artıqdır ki, idarə edilməyən avtomobilə 50 manat məbləğində cərimə yazılıb. 10-FA-782' dövlət qeydiyyatlı nişanlı minik maşını Ələt-Astara-İran yolunun 59-cu kilometrliyində texniki baxışdan keçmədiyinə görə kamerlara düşərək cərimələnib. Hadisə Goranboy rayon Sarov kənd sakini Elnur Kərimovun başına gəlib.
Sürücü iddia edir ki minik maşınını həyətdən çıxarmadığı halda ötən ilin dekabr ayının 26-da ona məktub gələrək cərimə edildiyi bildirilib. Sürücü ona məxsus olan avtomobilin yararsız vəziyyətdə olduğunu, nəinki Goranboyda idarə etdiyini, heç yaşadığı kənddəki həyətdən kənara çıxarmadığını bildirib.
Goranboy sakini baş verən hadisə ilə bağlı adiyyətı qurumları da məlumatlandırıb. İndi onun əsas istəyi ona məxsus 10-FA-782 qeydiyyat nişanının axtarışa verilib hansısa başqa avtomobildə olmasını aşkarlamaqdır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev bildirdi ki, məsələ artıq araşdırılıb. Sürücüyə tərtib olunan elektron protakol texniki səhvdir. O, sürücüyə ünvanlanan elektron protakola artıq xitam verildiyini də qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












