Abşeronda yol polisi 50 avtomobili yoxlamadan keçirdi - VİDEO

Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib. Avtosfer.az xəbər verir ki, reyd Xırdalan şəhərinin müxtəlif ərazilərində təşkil edilib. Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanuna müvafiq qaydada tədbirlər görülüb.
Həmçinin bölmə əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarına riayət olunması və avtomobillərinin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktiki söhbətlər aparılaraq onlara hüquq və vəzifələri izah edilib.
Reyd zamanı 50-yə yaxın avtomobil yoxlamadan keçirilib. Bununla yanaşı, reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın, həm piyadaların hərəkəti üçün təhlükə törədən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyalarıbda dəyişiklik edən, eləcə də sənədsiz avtomobil idarə edən sürücülər saxlanılaraq barələrində inzibati xəta haqqında protokol tərtib olunub.
Nərminə Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












