Astarada “Gəncliyimizi narkomaniydan qoruyaq!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şiyəkəran kənd 1 nömrəli tam orta məktəbin kollektivi ilə “Gəncliyimizi narkomaniydan qoruyaq!” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov bildirib ki, hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri narkomaniyadır. Şöbə rəisi ağ ölümün səbəb olduğu dəhşətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizədən danışıb.
Sonra çıxış edən Astara Rayon İcra Hakimiyyətinin hüquq söbəsinin müdiri Bəsti Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digərləri bildiriblər ki, gələcəkdə xalqı, vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq olmalıdır.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx izlənilib və məktəblilərin sualları cavablandırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















