Astarada müxtəlif qayda pozuntularına yol verən sürücülər cərimələnib

Astarada avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Bu məqsədlə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti nəzarət-profilaktiki tədbirlər təşkil olunub. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.
Yol polis əməkdaşları tərəfindən eyni zamanda ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı tələbləri pozan sürücü və sərnişinlər, idarə etdiyi nəqliyyat vasitəsinə konstruksiya dəyişikləri edənlər, avtomobili sürücülük hüququ olmadan idarə edənlər aşkarlanıb. Hər birinə yol verdikləri qayda pozuntuları izah olunmaqla qanunamüvafiq tədbirlər görülüb. Yol hərəkətinin təhlükəsizliyinin təmini məqsədini daşıyan bu kimi tədbirlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













