Avtomobil qəzalarında 7 yaşa qədər 13 nəfər ölüb: “Yol terroru”nun səbəbləri - AÇIQLAMA  - VİDEO - FOTO
Yol polisi 1 Oktyabr 2022 14:00 Oxunub 374
Avtomobil qəzalarında 7 yaşa qədər 13 nəfər ölüb: “Yol terroru”nun səbəbləri - AÇIQLAMA   - VİDEO - FOTO

2021-də respublika üzrə yol-nəqliyyat hadisələrində 706 nəfər dünyasını dəyişib, 1 452 nəfər xəsarət alıb. Ölənlərdən 322 nəfər, yaralılardan isə 429 nəfər sırf piyada qismində hadisə iştirakçıları olub.

Dünyada hər il orta hesabla 1,3 milyon insan avtomobil qəzaları nəticəsində ölür. Məlumdur ki, bu qəzaların əksəriyyəti insan səhvlərindən, yəni daha çox sürücü məsuliyyətsizliyindən qaynaqlanır. Avtomobil istehsalçıları qəzaların qarşısını almaq üçün yeni texnologiyaların maşınlara tətbiqini davam edirlər. Qəzaların səbəbləri arasında bir çox fərqli səbəb var.

Qəzalar maddi ziyana, müvəqqəti və ya daimi əlilliyə və daha da pisi, ölümlə nəticələnə bilər. Yol-nəqliyyat hadisələri qəzaya səbəb olan amillər baxımından fərqlənir. Dünyada qəzaların əsas səbəbi sürət həddinin aşılması olaraq göstərilir. Nəqliyyat vasitəsi ilə təyinat yerinə çatmaq istəyərkən sürət nişanlarına əməl etməmək və sürət həddini aşmaq avtomobil qəzalarına səbəb olur.

İkinci məsələ ani diqqətsizlikdir. Sürücünün bir anlıq fikrinin yayınması özü və avtomobildə olan sərnişinlərin həyatına son qoya bilər. Yol-nəqliyyat hadisələri üzrə statistik rəqəmləri təhlil edəndə dəhşətli mənzərə alınır. Qəzalarda 7 yaşa qədər 13 nəfərin həlak olması nə deməkdir? Bu, sadəcə dəhşətdir. 

Nə üçün insanlar ölümə doğru qaçırlar? 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, yüksək sürət, diqqətsizlik, ümumilikdə yol hərəkəti qaydalarına riayət etməmək ölkədə ölüm faktlarının sayının artmasına səbəb olur:

Bakı şəhər DYP-nin media ilə iş bölməsinə kimin rəhbərlik edəcəyi məlum olub

“Ötən il ərzində yol-nəqliyyat hadisələrində 7 yaşa qədər 13 nəfər ölüb, 36 nəfər yaralanıb. 7-16 yaş aralığında 36 nəfər ölüb, 116 nəfər yaralanıb. 18-20 yaş arasında 17 nəfər ölüb, 72 nəfər yaralanıb. 21-24 yaş aralığında 38 nəfər ölüb, 140 nəfər yaralanıb. 25-64 yaş aralığında 510 nəfər ölüb, 983 nəfər yaralanıb. 65 yaşdan yuxarı 84 nəfər ölüb, 88 nəfər isə yaralanıb. Bu rəqəmlər hər il ictimaiyyətə açıqlanır, hər il hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırırıq. Lakin görünən mənzərə odur ki, bizim onların həyatını qorumaq üçün etdiyimiz cəhdləri onlar özləri üçün etmək istəmir. Bu dəhşətli rəqəmlərdən biri olmaq üçün can atmayın. Məktəblərin, universitetlərin yerləşdiyi ərazilərdə piyadavurma halları çoxluq təşkil edir.

Xüsusilə də piyada keçidlərinin 100 metr yaxınlığında hadisələrin baş verməsi bizi çox məyus edir. Axı insanlar həyatını 100 metr üçün hansı məqsədlə riskə atırlar? Bir qədər irəli gedib daha təhlükəsiz formada yola davam etmək mümkündür, nə üçün bu qədər səbrsizlik edib, nizam-intizamdan kənar hərəkətlər nümayiş etdiririk?”

Polis mayoru onu da qeyd edib ki, paytaxtın Həsən Əliyev, Azadlıq prospekti, Koroğlu Rəhimov küçəsində bu kimi hallar çoxalıb:

“Bu sadalanan ərazilərdə yanbayan məktəblər var, ali təhsil müəssisələri var. Eynilə Əhməd Rəcəbli küçəsində Azərbaycan Dövlət İqtisad Universitetinin qabağında, piyada keçidlərinin yaxınlığı, Azərbaycan Texniki Universitetin qarşısında piyada keçidi ola-ola pedaqoqlar, tələbələr yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərək faciəyə səbəb olurlar. Bu siyahını uzada da bilərik. Ölkədə bu kimi hallar, bununla yanaşı şüursuzluq edən bəzi sürücülərin yol verdiyi nöqsanlar səbəbindən maddi ziyanla qarşılaşa bilərsiniz, müvəqqəti və ya daimi əlilliyə düçar ola bilərsiniz. Daha faciəlisi belə hadisələr ölümlə də nəticələnə bilər. Xüsusən piyadalarla bağlı vəziyyət Daxili İşlər Nazirliyinin rəhbərliyini, həmçinin Dövlət Yol Polisini ciddi şəkildə narahat edir, bunun üçün bütün imkanlarımızı səfərbər etmişik, lakin bu işdə cəmiyyət olaraq münasibəti dəyişmək önəmlidir. Hər bir vətandaşımızdan aparılan təbliğat işlərində bizə dəstək olmağı xahiş edir yol polisi olaraq insanların yollarda diqqətli olmasını tövsiyə edirik”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh