Avtomobilini qəsdən DYP maşınının üstünə sürüb qəza törətdi

Bakıda DYP avtomobilini qəsdən vuran şəxs həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu ərazisində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Fuad Ovadoğlu gecə saat 00:20 radələrində Mətbuat prospektində “Saipa Sanina” markalı avtomobillə hərəkətdə olarkən qəza şəraiti yaradıb.
Avtomobilin təhlükəli manevrlər etdiyini görən DYP əməkdaşları onu saxlamağa çalışıb. Bu zaman 37 yaşlı sürücü yol polisinin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Yol polisi əməkdaşları “BMW 328” markalı xidməti maşınla onu təqib edərək saxlamağa çalışıblar. Onlar saat 00:30 radələrində Fuad Ovadoğlunun sürdüyü avtomobili Mətbat prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində saxlamaq istəyərkən həmin şəxs maşını qəsdən yol polisi avtomobilinin üstünə sürüb. Nəticədə bir-birinə çırpılan avtomobillərə ciddi ziyan dəyib və yararsız hala düşüb.
Əraziyə cəlb edilmiş polis əməkdaşlarının iştirakı ilə hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, o, sərxoş vəziyyətdədir.
F.Ovadoğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 333 və 535-ci (nəqliyyat vasitəsini sərxoş halda idarə etmə və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və o, Yasamal Rayon Məhkəməsinə göndərilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Ovadoğluna 20 sutka inzibati həbs cəzası verilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












