Sürücülərə ŞAD XƏBƏR - İki ildir bağlı qalan yol açıldı, tıxac olmayacaq - FOTO-VİDEO

Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidə avtomobillərin hərəkəti bərpa olunub. Avtosfer.az-ın xəbərinə görə, bir müddət əvvəl Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolda baş verən sürüşmə nəticəsində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılmışdı.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə aparılan işlərdən sonra son vəziyyət nəzərə alınaraq bağlanmış yollar açılıb və bu istiqamətlərdə avtomobillərin hərəkəti bərpa olunub.
Qeyd olunub ki, buna baxmayaraq həmin istiqamətlərdə ağır yük maşınlarının və əvvəllər həmin istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının hərəkəti hələ ki, təmin olunmayıb. Burada əsas məqsəd ərazidə yaşayan insanların rahat hərəkətini təmin etməkdir. Yəni, əsas məqsəd ərazidə yaşayan insanların rahatlığını təmin etməkdir. Digər sürücülərdən həmin yoldan maksimum az istifadə etmələri xahiş olunur. Aparılan işlər tam yekunlaşdıqdan sonra yolun tam istismarı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












