Bakıda film kimi hadisə: narkoman taksi sürücüsünü polislər belə tutdu

Vətəndaşlardan biri Avtosfer.az-a müraciət edərək polis əməkdaşlarına təşəkkür ünvanlayıb. Vətəndaş deyir ki, bilmədən narkotik istifadəçisi taksi sürücüsünün maşınına əyləşib. "20 Yanvara çatanda idarəetməni itirərək qəza törətdi. Qucağımda pişiyin daşıma qabı olmasaydı ciddi zədə alacaqdım. Yüngül zədə ilə qurtulduq."
Vətəndaş deyir ki, sürücü polisin "saxla" əmrinə tabe olmayıb və maşında uşaq olmağına baxmayaraq sürəti artırıb. "Polis nəhayət onu saxladı və müdaxilə edib sürücünü aşağı düşürdü. Sürücü isə mən oturduğum tərəfdən maşından bıçaq çıxarmağa çalışdı. Polis cəld tərpənib qolunu qapının arasında sıxdı. Hadisələr o qədər sürətlə baş verirdi ki, adamın mənim üstümdən əlini uzadıb bıçaq çıxarmasını da anlamadım."
Vətəndaş polisin vaxtında müdaxiləsi nəticəsində daha böyük təhlükənin qarşısının alındığını qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












