İcarəyə götürdüyü maşınla "avtoş"luq edən şəxs SAXLANILDI - FOTO - VİDEO

Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən sürücü saxlanılıb. Belə ki, gecə saatlarında şəhərdə sükutu pozan Sadiq Hüseynov olub. O, icarəyə götürdüyü KİA markalı nəqliyyat vasitəsilə Nəsimi rayonu ərazisində yol polisinin saxla əmrinə tabe olmayıb. Yol Patrul Xidmətinin əməkdaşları sürücünü saxlamaq üçün onu təqib ediblər. Lakin sürücü avtoxuliqanlıq əməlini törədərək Mircəlal Paşayev küçəsini əks istiqamətdə hərəkət edib.
Bir neçə avtomobilə ciddi təhlükə yaradan sürücü kəsişmədə süni tıxacda qalıb. S.Hüseynov nəqliyyat vasitəsinin qapılarını bağlayaraq yol polislərindən yaxa qurtarmağa çalışıb. Əraziyə dəvət olunmuş Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları zorla qapını açmağa müvəffəq olub. S.Hüseynov bunu görüb avtomobildən enərək naməlum istiqamətə qaçmağa çalışıb. Ancaq polis əməkdaşları onu saxlayıb.
Yol Polisinin verdiyi məlumata görə, sürücü təhlükə yaradaraq avtoxuliqanlıq əməli törədib.
Faktla bağlı araşdırma aparılır. Sürücü isə inzibati məsuliyyətə cəlb edilib.
Mənbə: APA
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












