Bakıda “nəşə" çəkib maşın sürən şəxslər Nizami DYP tərəfindən tutuldu - FOTO

-Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Heydər Əliyev prospektində manevr qaydalarını pozan sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, 99-CE-664 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobilin sürücüsü Abdullayev Rəsul Əliflam oğlu narkotik maddə olan marixuananın təsiri altında avtomobil idarə edib.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə Abdullayev Rəsul Əliflam oğlunun 22.06.2022-ci il tarixində eyni əmələ görə saxlandığını, yenidən qayda pozduğunu əsas gətirərək onu 2 il müddətində sürücülük hüququndan məhrum etməklə 450 manat məbləğində cərimələyib.
Daha bir sürücü Mansumov Dolunay Savaş oğlu saxlanılan zaman narkotik vasitənin təsiri altında olduğu aşkarlanıb. O, 90-DZ-087 dövlət nömrə nişanlı, "BMW" markal; avtomobil ilə Heydər Əliyev prospektində manevr qaydalarını pozarkən saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Yunis
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















