Yol polisi yola yıxılan qadına kömək etdi, adını "piyadavurma" qoydular - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması ilə bağlı yayılan görüntülərə münasibət bildirib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, qeyd edilən hadisə Babək prospektində baş verib: “Həmin görüntülərdəki nəqliyyat vasitəsi Nizami Rayon Dövlət Yol Polisinə məxsus avtomobildir. Yaşlı qadın yolu keçən zaman onun ayağı büdrəyərək avtomobildən xeyli aralıda yerə yıxılır. Həmin DYP avtomobili qadına dəyməyib. Polis əməkdaşları da maşını saxlayaraq qadına kömək edib yolu keçirirlər. Bizdə hadisə ilə bağlı digər videogörüntülər də var. Görüntülərdən aydın şəkildə görünür ki, polis avtomobili qadını vurmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması iddiası ilə videogörüntülər yayılmışdı.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












