Yol polisindən qaçan şəxs vəziyyətdən çıxmaq üçün yolun ortasına uzandı - VİDEO

Bakıda polis görəndə əldən-ayaqdan gedən birisi özünü yolun ortasına atıb. Təcili yardım çağıran polis əməkdaşı həkimlə birlikdə onun qoluna girərək yolu keçirib. Avtosfer.az bildirir ki, gənc oğlan hərəkətin intensiv olduğu yolu keçərək həm özünü, həm də onun dalınca gəlmək məcburiyyətində qalan polisin həyatını təhlükəyə atıb. Ən sonda polisin onu buraxmayacağını anlayan oğlan arakəsməni keçdikdən sonra özünü yola ataraq avtomobillərin hərəkətini dayandırıb. Lakin onun bütün səyləri nəticəsiz qalıb. Polis əməkdaşı ona heç bir təzyiq göstərmədən, böyük səbrlə təcili yardım işçisinin yaxınlaşmasını gözləyib və birlikdə onu təcili yardım maşınına mindiriblər. Görünür gənc oğlanın qəbahəti böyük olub ki, o, polisdən yayınmaq üçün bu cür yola əl atıb.
Aysel
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














