Bakıda reyd: ''20 yanvar''da sürücülər cərimələndilər - VİDEO

Paytaxtda ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılması üçün Dövlət Yol Polisi və Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları reydlərə başlayıblar.
Bakının ''20 yanvar'' dairəsi ətrafında reyd keçirib.
Qayda pozuntularına yol verən sürücülər cərimə ediliblər.
Qeyd edək ki, günün istənilən saatında ''20 yanvar'' dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif ətraf qəsəbələrə taksi və kiçiktutumlu digər avtomobilərlə qeyri-qanuni sərnişin daşıyan xeyli sürücü olur. Onlar metrodan çıxanları aparmaq üçün avtomobili yolun hərəkət hissəsində saxlayırlar. Onsuz da hərəkətin intensiv olduğu bu günlərdə həmin ərazidə vəziyyət daha da gərginləşdirilir.
Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olduğu iddia edilən bəzi sürücülər yol polisinə tabe olmayaraq ərazidən qaçmağa cəhd ediblər. Amma polis onları da saxlayaraq barələrində cərimə tətbiq edib.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, aşkar edilən sürücülərin sərnişin daşımaları üçün fərqlənmə nişanları olmadığından onların fəaliyyəti qanunsuz hesab edilir. Buna görə də onların avtovağzal ərazisində daxil olması mümkünsüzdür.
Amma görünən odur ki, edilən xəbərdarlıq və yazılan cərimələr bu yolda hərəkətin tənzimlənməsində çıxış yolu deyil. Ərazidən qovulan sürücülər, bir müddət ''20 yanvar'' dairəsinə yaxın ərazidə sıra ilə durub aidiyyəti qurumların getməsini gözləyirlər. Görünür, bu ərazi ilə bağlı daha ciddi tədbirlər görülməlidir. Əks halda xaotik vəziyyət hər keçən gün daha da artacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












