Bakıda uşaqların gözü qarşısında yol polisi ilə sürücü arasında insident - VİDEO

Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında insident yaranıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. İlkin məlumata görə, 60 nömrəli məktəbin qarşısında avtomobili saxlayan valideyn övladını götürmək istəyib. Bu zaman polis əməkdaşları ilə mübahisə yaşanıb.
Videogörüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub. İnsanlar uşaqların gözü önündə bu cür hadisənin yaşanmasını qınayıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən oxu.az-a bildirilib ki, qeyd edilən hadisə zamanı “Opel Astra” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlaması digər maşınların hərəkətinə maneə yaradıb:
“Sürücüyə ərazidə olan yol polisləri bir neçə dəfə xəbərdarlıq ediblər. Amma sürücü buna məhəl qoymayıb. Daha sonra polislər sürücü barəsində inzibati protokol tərtib ediblər. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və onları təhqir etməyə başlayıb. Daha sonra sürücü özünə xəsarət yetirmək üçün yaxınlıqda yerləşən orta məktəbin divarına baş nahiyəsini vurmağa çalışaraq, guya polis əməkdaşlarının onu döydüyü barədə həqiqətə uyğun olmayan görüntü yaratmağa çalışıb. Amma yol polislərinin çevikliyi sayəsində videodan da göründüyü kimi sürücünün özünə xəsarət yetirməsinə imkan verilməyib.
Daha sonra sürücü ərazi üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılıb. Onun barəsində araşdırmalar aparılır. Qeyd edək ki, sürücünün guya uşaqlarının gözü önündə polislər tərəfindən döyülməsi barədə sosial şəbəkələrdə yayılan fikirlər tam yalnış və yoxlanılmadan tirajlanan məlumatlardır. Həmin uşaqların qaydaları pozan sürücü ilə heç bir əlaqəsi yoxdur. Hadisə məktəbin yaxınlığında baş verdiyindən uşaqlar da lentə alan şəxs tərəfindən görüntülənib. Həmin sürücü qəsdən ajiotaj yaradaraq məsuliyyətdən yayınmaq üçün bu cür şouya əl atıb”
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır.
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO












