Bakıda sərxoş halda qəza törədən sürücü ilə bağlı qərar verilib - VİDEO - YENİLƏNİB

Sərxoş halda qəza törədən sürücü ilə bağlı qərar verilib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, i, Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü həbs edilib:
“535-ci maddəyə uyğun olaraq 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elvin Şünası oğlu barədə bir ay müddətində həbs qəti imkan tədbiri seçilib. Eyni zamanda o, iki il sürücülük hüququndan məhdudlaşdırılıb”.
12:12
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi polis əməkdaşları ilə sürücü arasında yaranan insidentə münasibət bildirib. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, hadisə paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində qeydə alınıb. N.Piriyevin sözlərinə görə, hazırda araşdırma aparılır: “Videogörüntülərin çəkildiyi ərazidə yol-nəqliyyat hadisəsi olub. Elvin Rüstəmovun idarə etdiyi "Opel" markalı 10-UL-419 dövlət nişanlı avtomobil 4 maşını əzilib. Yol Patrul Xidməti əməkdaşları isə hadisənin araşdırılması məqsədi ilə qəza törədən şəxsi şöbəyə aparmağa çalışıb. Bu zaman sürücü polis əməkdaşlarına tabesizlik göstərib. Həmin vaxt sürücüyə heç bir zor tətbiq edilməyib. Daha sonra sürücü saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparılıb. Eyni zamanda sürücü sərxoş olub və barəsində protokol tərtib edilib".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












