Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslərin sayı artıb -DYP-dan AÇIQLAMA

"Cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini qanunsuz idarə etmək, yəni sürücülük hüququ olmadan idarə olunması üzrə 1300-ə yaxın fakt aşkarlanaraq inzibati tənbeh tədbirləri görülüb".
Bunu Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər tərəfindən törədilən 39 yol-nəqliyyat hadisəsində 18 nəfər həyatını itirib, 29 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Təbii ki, bu cür hadisələrin qarşısınının alınması üçün hər bir şəxsin məsuliyyətini düzgün şəkildə dərk etməsi olduqca önəmlidir. Məsuliyyətsizlik edərək sürücülük hüququ olmadan avtomobil idarə etmək inzibati məsuliyyət yaradırdısa, bu vəziyyət cinayət tərkibi yaradan yol-nəqliyyat hadisələrində şəxsin birbaşa təqsirli hesab olunması üçün əsas yaradan hallardan biri kimi qiymətləndirilir".
"Vətəndaşlarımızdan yol hərəkəti qaydalarına ciddi yanaşmağı, sürücülük hüququ olmadan avtomobil idarə etməyin ağır nəticələrə səbəb olduğunu nəzərə alıb, bu qanunsuz əməldən çəkinməyi xahiş edirik", - o vurğulayıb.
Qeyd edək ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən şəxsi 100 manat, il ərzində bu xətanı təkrar törədərsə 200 manat cərimə gözləyir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












