Bakıda təzə “dəb”in baha başa gələn cəriməsi: “Qazilərə lüzumsuz olaraq mənfi imic yaradırlar” - VİDEO

Bakı şəhəri ərazisində dövlət nömrə nişanı olmayan avtomobillərə rast gəlmək mümkündür.
Belə ki, bəzi avtomobil sürücüləri dövlət nömrə nişanı əvəzinə maşınlarının şüşələrinə “Qazi” sözünü yazdırıblar.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, dövlət qeydiyyat nişanının çıxarılmasının bir səbəbi var:
“Bu - inzibati tənbeh tədbirlərindən yayınmaq və qanunsuz hərəkətlərə münbit zəmin yaratmaqdır. Avtomobildən dövlət qeydiyyat nişanını sökmək ciddi qayda pozuntusudur. Qanunsuz əməlin qarşılığında “qazi” sözü yazıb oraya yapışdırmaq isə düzgün deyil və kənardan da bu adın digər sahiblərinə lüzumsuz olaraq mənfi imic yaradır. Kimsə Vətən borcunu, şərəfli xidmətlərini hamı üçün qəbul olunan qaydalara hörmətsizliklə nümayiş etdirməməlidir. Qanun hamı üçün eynidir”.
Polis mayoru qeyd edib ki, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə sürücüyə 60 manat və 4 bal cərimə tətbiq edilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












