Bakıda yol polisindən təhlükəli manevrlər - 99-YP-279 - AÇIQLAMA - VİDEO

Bakıda yol polisinin xidməti avtomobillə təhlükəli manevrlər etməsi iddia olunan görüntülərə aydınlıq gətirilib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli modern.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb. A.Əsgərli görüntülərin köhnə olması ilə yanaşı, “təhlükəli manevrlər”lə bağlı iddiaların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb:

“Qeyd edim ki, operativ nəqliyat vasitələrinin hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənr. Digər tərəfdən, bu görüntülər köhnə görüntülərdir və reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir. Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.
DYP rəsmisi polisin adından istifadə edərək, reytinq xatirinə bu kimi yazıların yazılmasına qarşı çıxıb.
+++
Bakı şəhərində yol polisi əməkdaşı xidməti avtomobillə qaydaları kobud şəkildə pozub. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, yol polisi Heydər Əliyev prospektində manevr qaydalarını dəfələrlə pozaraq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Bu zaman həmin xidməti avtomobildə sayrışan işıqlar və səs siqnalı qoşulmayıb.
Avtosfer.az-ın məlumatına görə, qayda pozan patrul avtomobili 99-YP-279 dövlət nömrə nişanlı YPX maşınıdır.
Həmin görüntüləri təqdim edirik:
oxu.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












