Bakıda ölümdən dönən polislə bağlı ARAŞDIRMA BAŞLADI - YENİLƏNİB

Bakıda yol polisinin iştirakı ilə baş verən qəza ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək: “Qəzada yol polisi əməkdaşı da olduğu üçün xidməti araşdırma da başlayıb. Bu zaman həmin əməkdaşın fəaliyyətinə də qiymət veriləcək. Həm də hadisə ilə bağlı təhqiqat araşdırması aparılacaq. Belə hadisələrdə xidməti araşdırma mütləq aparılmalıdır. Məsələyə araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.
***
Bakının Neftçilər prospektində qeydə alınan qayda pozuntusu kamerada görüntülənib. Avtosfer.az xəbər verir ki, sol zolaq ilə hərəkət edən sürücü qəfil sağa manevr edərək qaydaları pozub. Bu zaman yol polisi əməkdaşına qəza şəraiti yaradıb. YPX əməkdaşı peşəkarlıq nümayiş etdirərək motosikletin aşmasının qarşısını alıb. O, qəzadan yayınsa da yüngül toqquşma olub.
Videonu təqdim edirik:
Nərminə Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












