Balakəndə maska taxmayanlar cərimələnib - FOTO

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Balakəndə ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.Həmçinin, peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Qapalı məkanlarda aparılan yoxlamalar zamanı isə pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşan obyekt sahibləri, alıcı və satıcılar müəyyən edilib. Polislər həmin şəxsləri qapalı məkanlarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar. Eləcə də sahibkarlara ciddi xəbərdarlıq edilib, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















