Yol polisinin keçirdiyi rəsm müsabiqənin iştirakçıları mükafatlandırılıb - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il üçün elan etdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində birinci yeri qazanan Sumqayıt şəhər 1 nömrəli UGİM-in dərnək üzvü Nərgiz Qasımovanın, Bakı və Sumqayıt məktəbliləri arasından müsabiqəyə qatılaraq fərqlənən 15 iştirakçının, eləcə də tədbirin keçirilməsində fəallıq göstərmiş qurum rəhbərlərinin və müəllimlərin mükafatlandırılması mərasimi keçirilib.
BDYPİ-dən avtosfer.az-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhər 1 nömrəli UGİM-lərdə təşkil olunan tədbirdə qalib və iştirakçılara müvafiq diplom və təşəkkürnamələr təqdim edilib, hədiyyələr verilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda təbliğatla bağlı nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilmiş sözügedən müsabiqəyə respublikanın 43 şəhər və rayonundan 335 rəsm əsəri təqdim edilib.
Hazırda respublikanın digər regionlarında müsabiqədə ikinci və üçüncü yerləri tutan qaliblərinin və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçirilir. Tezliklə həmin tədbirlər barədə daha ətraflı məlumat paylaşılacaqdır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














