Bayram günü Bakı-Ələt yolunda oyun çıxaran sürücü CƏZALANDIRILDI - VİDEO

Martın 21-də Avtosfer.az saytında yayımlanmış “Bakı-Ələt yolunda "avtoşluq" edən sürücü bayramı yasa çevirəcəkdi" başlıqlı müraciətlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılıb. İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-a bildirib ki, aparılan araşdırma nəticəsində Bakı-Ələt yolunun 20-ci km-də “VAZ-2107” markalı, 90-XM-830 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli manevrlər edən sürücünün Məmmədov Məmməd Möhübbətəli oğlu olması müəyyən edilib. Faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat açılıb və yol verdiyi qayda pozuntusuna görə sürücü M.Məmmədov barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq olunub: "Hərəkətdə olan avtomobillə təhlükəli manevrlər edərək özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə münasibət bəslədiyini nümayiş etdirən M.Məmmədovun inzibati tənbehdən nəticə çıxaracağına və bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir, bununla yanaşı ictimai qınağa səbəb olan bu halın digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












