Bazar müdirinin təzyiqə məruz qalması iddiaları ilə bağlı DYP-dən AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri barədə açıqlama verib.
Qurumun ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev Oxu.Az-a bildirib ki, sürücü Kamran Axundov hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb:
“Sürücüyə pozduğu qanun haqqında məlumat verilsə də, o, özünə haqq qazandırıb. Özünü Xırdalan bazarının müdiri kimi təqdim edən Kamran Axundovu polis əməkdaşları alkoqol şübhəsi ilə saxlamış olsaydı, o zaman onun spirtli içki qəbul edib-etmədiyini alkotester vasitəsi ilə müəyyən etmiş olardılar. Lakin sürücü polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmayıb. Həmin sürücü barəsində kəmər taxmadığına görə inzibati xəta haqqında protokol tərtib olunub”.
N.Piriyev qeyd edib ki, polis əməkdaşları sürücüyə qarşı nalayiq ifadə işlətməyiblər, onun iddiası tamamilə əsassızdır.
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO












