“Bakıda 800 minə yaxın maşın var, hər gün də 300 mini daxil olur” - Şöbə rəisi

“Bakıda 800 minə yaxın nəqliyyat vasitəsi var. Minik avtomobillərinin çoxluğundan əlavə yük maşınları da tıxacların yaranmasına səbəb olur”. Bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev “Space” TV-nin efirində yayımlanan “Siqnal” verilişində çıxışı zamanı deyib. O bildirib ki, bundan əlavə, bölgələrdən də paytaxta kifayət qədər nəqliyyat axını müşahidə edilir: “Paytaxta yaxın ərazilərdən gün ərzində 300 minə yaxın nəqliyyat vasitəsi şəhərə daxil olur. Təbii ki, bu da müəyyən sıxlıqların yaranmasına təsir edən amillərdən biridir”.
Nazirlər Kabinetinin yük avtomobillərinin şəhərə daxil olmasına dair qərarını xüsusilə qeyd edən şöbə rəisi bildirib ki, ümumi kütləsi beş tondan artıq olan yük avtomobillərinin paytaxta giriş-çıxış saatları müəyyən edilib: “Həmin nəqliyyat vasitələrinin təyin edilən saatlar xaricində şəhərə giriş-çıxışı qadağandır. Bununla bağlı dövlət yol polisi tədbirlərini gücləndirib. Eyni zamanda sürücülərin üzərinə də məsuliyyət düşür. Nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edirik. Bir sürücünün avtomobilə laqeyd yanaşması, bu səbəbdən nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması bütün hərəkət iştirakçılarının saatlarla yolda qalmasına səbəb olur. Bu kimi hallar daha çox Bakı-Quba yolunda müşahidə olunur. Bu da həmin yolda hərəkət intensivliyi çox olduğu üçün ərazidə ciddi sıxlığın yaranması ilə nəticələnir”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












