DYP rəsmisi yollardakı tıxacların həlli barədə danışdı: “Çox gözləməli olacağıq”

“Paytaxtın yollarında sıxlıqların əhəmiyyətli dərəcədə azalması üçün yol hərəkəti qaydalarına münasibət köklü şəkildə dəyişməlidir”. Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, bunun üçün dövlətin proqram xarakterli tədbirləri var və əlaqələndirilmiş formada icra olunur: “Biz isə gündəlik həyat tərzimizi dəyişməsək, yol mədəniyyətimizə faydalı yeniliklər gətirməsək, hələ sıxlıq və tıxacları çox müzakirə edəcəyik. Hər gün evdən çıxan sürücü avtomobilinə nəzarət etməyib nasaz vəziyyətdə yola çıxacaqsa, parklama yeri azdır deyib yolları keçilməz vəziyyətə gətirəcəksə, piyadalar necə gəldi hərəkət etməklə yollarda kamikadzelik edəcəklərsə, kimlərinsə maddi marağı dövlətin marağını üstələyəcəksə və bu problemlərin həllini şəxsimizdən başlamaqla etməyib hər şeyin bir neçə adam tərəfindən icrasını gözləyəcəyiksə, onda çox gözləməli olacağıq.
Reallıq budur ki, paytaxtda real sıxlıq var, hərəkət üçün nəzərdə tutulan yollar və avtomobil sayı da məlumdur. Lakin məsuliyyət hissi vəziyyətə tam olaraq tərs mütənasibdir.
Belə olduqda isə qaydalar sərtləşməli, ya da biz dəyişməliyik ki, proses daha da gərginləşməsin. Qaydaları tələb edən polisə isə müxtəlif bəhanələr gətirərək qanuni işə müdaxilələr etmək istəyi və daha sonra yalançı qanun təəssübkeşi olmaq arzusu, yollarda sıxlıq yaradıb, axşamlar klaviatura arxasına keçib çay və qəhvə müşayiətində narazı kütlə yaratmaq, səhər durub rəftarını dəyişməmək yenə də problemləri həll etmir.
Bir daha bütün hərəkət iştirakçılarını nizam-intizama riayət etməyə dəvət edirik. Nə qədər gec deyil, yollardakı vəziyyətə münasibətimizi dəyişək”.
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










