Bir həftədə iki dəfə cərimə olunan "Niva" sürücüsü - VİDEO - FOTO

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobilə konstruksiya dəyişiklikləri edən və video çəkərək sosial şəbəkələrdə paylaşan sürücü aşkarlanıb. Avtosfer.az xəbər verir ki, 90-VR-104 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobilin sürücüsü Ağayev Səfa Afiq oğlu eyni əməli iki dəfə törədib.
İlk dəfə avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb və zavod istehsalı vəziyyətinə qaytarıldıqdan sonra sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək özünə qaytarılıb.
Lakin sürücü bir neçə gün sonra yenidən avtomobildə eyni konstruksiya dəyişiklikləri etməklə idarə edib. Bu dəfə də Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu saxlayıb və barəsində müvafiq qaydada cərimə tərtib olunub.
Yol polisi sürücülərə müraciət edərək bu cür əməllərə yol verməməyi, avtomobili təhlükəli vəziyyətdə idarə etməməyi tövsiyə edir. Bunun fəxr olunası hal yox, qayda pozuntusu olduğunu bir daha diqqətə çatdırır.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















