Bu liseyin qarşısında dəhşətli tıxac olur - DYP hərəkətə keçdi - FOTO

Bakı şəhəri Nərimanov rayonu ərazisində yeni tədris ilinin ilk günü ilə əlaqədar olaraq paytaxtın ən çox qaydaların pozulduğu məktəblərdən birinin qarşısında reyd keçirilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bu barədə Avtosfer.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Ankara liseyinin qarşısında Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları ilə birlikdə uşaqların dərsdən çıxdığı saatlarda və növbənin dəyişildiyi müddətdə müşahidələr aparılıb. Bu zaman ərzində bir sıra qayda pozuntuları aşkarlanıb. Eyni zamanda həmin ərazidə avtomobillərin saxlanılması üçün yerlərin olmasına baxmayaraq sürücülərin məktəbin qarşısında parklanma qaydasını pozaraq sıxlığa səbəb olmamaları ilə bağlı vətəndaşların haqlı narazılıqları dinlənilib . Bununla bağlı Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları dayanma-durma qaydalarının tələblərini pozan sürücülərlə profilaktik söhbətlər aparıb. Məktəb kollektivinə də izah olunub ki, bu cür qaydaların pozulmaması üçün həm uşaqlarla, həm də valideynlərə maarifləndirici söhbətlər aparılsın.






Yunis
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












