Bu sürücülərin DİQQƏTİNƏ: 40 manat cərimə oluna bilərsiniz

Avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri cərimələnəcək.
“Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğinda cərimə oluna bilərlər”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin naş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
DYP rəsmisi bildirib ki, bu gün paytaxtın daha bir küçəsində avtobus zolağı salınır: “Bu, ictimai nəqliyyatın fasiləsiz və rəvan hərəkət etməsi üçün vacib olan addımlardan biridir. Hesab edirəm ki, ictimai nəqliyyat üçün mümkün qədər yolların çox olması, eyni zamanda, digər hərəkət iştirakçılarının da vəziyyəti düzgün qiymətləndirərək ictimai nəqliyyatdan istifadə edən insanların vaxtında mənzil başına çatması üçün onların zolağına daxil olmaması da prosesi sürətləndirə bilər”.
"Cərimələnmə prosesi nəyinki, Yol Patrul Xidməti əməkdaşlarının xidməti ərazisində, eyni zamanda, xüsusi texniki vasitələrin imkanları ilə müəyyən ediləcək”, - A.Əsgərli vurğulayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












