Bu yolda qayda-qanun sayan yoxdur: DYP təcili tədbir görməlidir - VİDEO

Bir müddət əvvəl paytaxtın Biləcəri yolu kimi tanınan ərazisində qaydaları kütləvi şəkildə pozan sürücülər barəsində məlumat vermişdik. Oxuculardan biri yenidən Avtosfer.az-ın redaksiyasına videolar göndərib. Ardıcıl olaraq əks istiqamətə çıxıb təhlükə yaradan və qaydaları pozan 7 sürücü kameraya düşüb.
Oxucumuz qeyd edir ki, adıçəkilən yolda hər gün pik saatlarda eyni durum yaşanır. Tıxac yaranır və sürücülər qaydaları pozmaqda davam edirlər. Belə ki, əks istiqamətdə, qarşı yola çıxaraq digər sürücülərin önünü kəsir, daha sonra isə zolağa qayıtmaq istəyirlər. Nəticədə tıxac bir az da genişlənir. Vətəndaşlar bildirir ki, Dövlət Yol Polisi ərazidə təcili tədbirlər görməli və qayda pozan sürücüləri cəzalandırmalıdır. Çünki, bu yolda qaydaları ümumiyyətlə sayan yoxdur. Videonu təqdim edirik. Ümid edirik ki, DYP bununla bağlı ciddi tədbirlər görəcək və ərazidə tıxac yaradan və əks istiqamətə çıxan sürücülər cəzalandırılacaq.
Qayda pozan sürücülərin siyahısı:
99-DC-563 - OPEL
10-VY-791 - KİA
99-OH-322 - KİA
90-NB-937 - VAZ 2107
99-KA-706 - MERSEDES
99-PG-405 - PİKAP
99-DJ-894 - MERSEDES
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












