COVID-19 pasportu olmayan taksi sürücüləri cərimələndi - FOTO

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlər zamanı avtobuslarda və taksilərdə tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib.
Həmçinin taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu yoxlanılıb. Şadlıq saraylarının sahibi və icarədarları ilə mövcud tələblərə riayət etmələrinin vacibliyinə dair profilaktiki söhbətlər aparılıb.
Reyd daha sonra mağazalarda, eləcə də digər qapalı obyektlərdə davam etdirilib. Tibbi maska tələbini pozan alıcı və satıcılar aşkarlanıb ki, onların barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












