Deputatlar təklif etdi, nazir dəstəklədi - Polislərin maaşı artacaq
Yol polisi
11 Noyabr 2021 14:10

“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi böyük əhəmiyyət daşıyır. Amma layihə qəbul olunacağı təqdirdə, onun maliyyə yükünü dəqiqliklə qiymətləndirməliyik”. Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, “Hərbi qulluqçuların statusu” haqqında qanun 1992-ci ildə qəbul edilsə də, onun icrasında problemlər yaranıb. “Həmin qanun icra edilmədi. Çünki qanunun maliyyə təminatı yox idi”, - deyə o əlavə edib.
Nazir deputatların çıxışlarına cavab olaraq onu da deyib ki, Vergi Məcəlləsinə dəyişikliklər olunub. “Bu dəyişikliklərlə gələn il vergi ödəyicilərinə 50 milyon manat güzəştlər olunması nəzərdə tutulur”, - deyə nazir əlavə edib.
Samir Şərifov deputat Qüdrət Həsənquliyevin polislərin maaşının artırılması barədə təklifinə də reaksiya verib: “Gələn ildən əməkhaqlarının artırılması nəzərdə tutulub. Hesab edirəm ki, bu artım hüquq-mühafizə orqanlarının əməkdaşlarına da aid ediləcək”.
12:32
Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev polislərlə bağlı təklif verib. Millət vəkili qeyd edib ki, polislərin maaşı aşağıdır. “Mən təklif edirəm ki, heç olmasa polis serjantlarının və kiçik zabit heyətinin maaşları iki dəfə artırılsın”, - deyə Q.Həsənquliyev əlavə edib. Q.Həsənquliyev məhkəmələrin aparatlarında işləyən əməkdaşların maaşının da iki dəfə artırılmasının vacibliyini deyib.
Millət vəkili Azərbaycanın yeni “Amfibiya” təyyarələri alması təklifini də səsləndirib.
"Gürcüstanda sahə inspektorları 400-500 dollar, patrul xidmətinin əməkdaşları isə 1000 dollar civarında əmək haqqı alırlar”. Bunu isə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. "Ona görə də hesab edirəm ki, ölkəmizdə polis əməkdaşlarının maaşlarına yenidən baxılmalıdır. Gürcüstanla müqayisədə bizdə polis əməkdaşlarının maaşı çox aşağıdır”, - komitə sədri vurğulayıb.
Oxunub : 4996
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












