DİN əməkdaşları bir neçə rayonda görüş keçiriblər - FOTO - VİDEO

“Uğur” Gənclər təşkilatının təşəbbüsü ilə polis əməkdaşları müharibə ərəfəsində cəbhə zonasına yaxın yerləşən rayonların şagirdləri və şəhid ailələrilə görüşüblər. Şəhid ailələrinə qayğı, gənclərin maarifləndirilməsi, zərərli vərdişlərdən qorunmaları və yaradıcı potensiallarının üzə çıxarılması məqsədi ilə keçirilən tədbirlərdə DİN əməkdaşları, qazilər, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ötən ilin oktyabrın 28-də düşmənin Bərdəni raket atəşinə tutması nəticəsində həyatını itirən Vasif İsmayıllının ailəsində qonaq olan DİN Mətbut Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov şəhidin ailəsinə səbr diləyərək, Vətən müharibəsində canını qurban verən hər bir şəhidin xatirəsinin qəlbimizdə və tariximizdə əbədi yaşayacağını bildirib. Cəbhədə ağır məğlubiyyətə düçar olduğunu görən düşmənin yaşayış məskənlərimizi atəşə tutmasını insanlığa qarşı yönəldiyini və müharibə cinayəti olduğunu qeyd edən rəis müavini müharibədə zərər çəkənlərin, şəhid ailələrinin, qazilərin dövlətin qayğısı ilə əhatə olunduğunu, polisin də onlara hər zaman xüsusi ehtiramla yanaşdığını deyib.
Şəhidin anası Arzu İsmayıllı oğlunun qanlı terror hadisəsində, həyat yoldaşının isə Birinci Qarabağ müharibəsində şəhid olmasını qismətinə kədərli tale kimi yazıldığını, Qarabağın işğaldan azad olunmasının isə bütün ağrı-acısına təsəlli olduğunu vurğulayıb.
Birinci Qarabağ müharibəsində şəhid olmuş polis əməkdaşı Polad Ərəbovun da ailəsinə Tərtər RPŞ-nin əməkdaşları ilə birgə baş çəkilib, şəhidimizin bulaq kompleksi ziyarət olunub.
Polis starşinası P.Ərəbovun müharibədə göstərdiyi qəhrəmanlıqlardan söz açan tədbir iştirakçıları onun ilk günlərdən başlayaraq Ağdərə RPŞ-nin əməkdaşları sırasında erməni quldurlarına qarşı döyüşməsindən, Ağdam rayonunun Papravənd, Gülablı, Mərzili, Qazançı, Qarağacı kəndlərində gedən döyüşlərdəki fədakarlıqlarından söz açıblar. Döyüşdən döyüşə, səngərdən səngərə atılan P.Ərəbov Ağdərə yaxınlığında gedən döyüşlərdə şəhid olub.
Ailə üzvləri şəhidimizin qəhərmanlığının onlarda qürur, iftixar doğurduğunu və Vətən müharibəsində qazanılan Zəfərlə hər bir şəhidin qisasının alındığını bildiriblər.
Tədbirlər çərçivəsində Bərdə şəhəri 866 saylı məcburi köçkün qəsəbəsində yerləşən Ağdam 1 saylı və Tərtər rayonu şəhid Rafiq Nuriyev adına 6 saylı tam orta məktəblərdə də şagirdlərlə görüş keçirilib.
Gənclər qarşısında çıxış edən polis polkovnik-leytenantı H.Təmirov narkotik vasitələrin zərərlərindən danışıb, belə vasitələrdən istifadə edənlərin özlərini cəmiyyətdən təcrid etdiklərini, kimliyindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükə yaratdığını izah edib. Narkomaniyanın cinayətkarlıq, zorakılıq kimi hallarla müşayiət edildiyini bildirən natiq, sağlam gəncliyin qorunmasının əhəmiyyətinə toxunaraq, Vətən müharibəsində Qarabağın məhz fiziki və mənəvi cəhətdən sağlam hərbçilərimizin sayəsində azad olunduğunu xatırladıb.
Fikir mübadiləsi şəklində baş tutan tədbirlərdə gənclərin suallarını cavablandıran H.Təmirov sonda şagirdlərə öz kitablarını hədiyyə edib.
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO










