DİN yanında İctimai Şura üzvləri Azərbaycan Polisi Gününə həsr olunan tədbirə qatılıb - FOTO

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Tədbirə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazir müavinləri, idarə rəisləri, daxili işlər orqanlarının yüksək rütbəli əməkdaşları, veteran polislər qatılıb.
Tədbirdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranı Şuranın sədri Əliməmməd Nuriyev, sədr müavinləri Mahirə Əmirhüseynova və Xalid Kazımov təmsil edib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan, xidməti borcu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təntənəli mərasimdə çıxış edən general-polkovnik Vilayət Eyvazov əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb.
Nazir 104 ildə polisin keçdiyi çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübədən danışıb.
Nazir birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini qeyd edib.
Nazir vurğulayıb ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.
Daha sonra tədbirdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, general-mayor Canpolad Daanov məruzə ilə çıxış edib.
Daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını da təqdim edib.
DİN yanında İctimai Şura adından polisin bütün şəxsi heyətini Polis Günü münasibətilə təbrik edir, onlara şərəfli xidmətdə uğurlar arzu edirik!
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO













