"İctimai nəqliyyata üstünlük verin" - DİN-in şöbə rəisi Elşad Hacıyev

Daxili İşlər Nazirliyi (DİN) yeni dərs ilinin başlanması ilə bağlı valideynlərə müraciət edib. Avtosfer.az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yeni dərs ili ilə bağlı valideynlərə müraciətində bildirib ki, minlərlə şagird, tələbənin təhlükəsizliyi üçün daxili işlər orqanları tərəfindən müvafiq tədbirlər müəyyən olunub həyata keçirilir: "Nəzərdə tutulan tədbirlər sırasında valideynlərdən xahiş edirik ki, yollarda hərəkət axınını normal qaydada təşkil etmək məqsədilə tədris ocaqlarının ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.
Nəzərə alınmalıdır ki, şəxsi nəqliyyat vasitələrinin məktəblərin qarşısında saxlanması süni tıxac-sıxlıq yaradır. Tıxac-sıxlıqların yaranması digərlərinin dərsə gecikməsinə səbəb olur. Ona görə də elə edək ki, onlar da dərsə gecikməsinlər və ləngiməsinlər. Bu, həm də mənəvi məsuliyyətdir.
Övladlarımızın ilk dərs günü başqalarına göstərdiyimiz ehtiram və münasibət məsuliyyətlilik nümunəsidir".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












