Dünya ölkələri ilə müqayisədə Azərbaycanda sürücülük vəsiqəsi almaq asandır - Yol polisi rəsmisi

“Sürücülük vəsiqəsinin alınması üçün 10 sual bilik səviyyəsini müəyyənləşdirmək üçün azdır. Sualların sayı 100-ə qədər artırılsa, pis olmaz. Bu gün Azərbaycanda dünya ölkələri ilə müqayisədə sürücülük vəsiqəsi almaq çox asandır”. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-ın hüquq mühafizə orqanları tərəfindən aparılan mütəmadi maarifləndirici tədbirlərə baxmayaraq, sürücülərin psixoloji durumu, sürücülük vəsiqəsini qeyri-leqal yollarla alınmasına dair məsələlərə və bunun yol-nəqliyyat hadisələrinə təsiri barədə sualını cavablandırarkən deyib.
O bildirib ki, bu sahədə də müəyyən boşluqlar olsa da, Dövlət Yol Polisi İdarəsi bununla bağlı ciddi tədbirlər həyata keçirir:
“Biz yol-nəqliyyat hadisəsi törədənləri araşdıran zaman məlum olur ki, əksər hallarda hadisə törədənlərin 80 faizdən çoxu sürücülük təcrübəsi 5 ildən yuxarı olanlardır. Yəni onlar arasında sükan arxasına yeni əyləşən sürücülər azlıq təşkil edir.
O ki qaldı sürücülük vəsiqəsinin alınması üçün bilik səviyyəsinin yoxlanması məsələsinə, şəxsi fikrimdir ki, bilik istənilən sahədə lazımdır. Olub ki, araşdırma aparılıb və vətəndaşın sağlamlığında elə bir problem aşkarlanıb ki, qanunla ona heç sürücülük vəsiqəsi düşmür. Amma bu, həssas məsələdir. Belə deyək ki, bu gün sürücülük vəsiqəsini çox asan yollarla əldə etmək olur.
Bəzən sürücülük vəsiqəsi olan şəxslər sonradan müxtəlif hadisələr səbəbindən psixoloji sarsıntılar keçirə bilir. Həyatda yaşadığımız ağır hadisələr psixoloji durumumuza təsir edə bilər. Məhz bu səbəbdən sürücülük vəsiqəsi olan şəxslərin sağlamlıq durumunun müvafiq qaydada aidiyyəti orqanlar tərəfindən yoxlanılması və yekun nəticə barədə Dövlət Yol Polisi İdarəsinə də məlumat verilməsi yaxşı olardı. Bu da ayrı bir mövzudur.
Eyni zamanda onu deyim ki, sürücülük vəsiqəsinin alınması üçün 10 sual bilik səviyyəsini müəyyənləşdirmək üçün azdır. Sualların sayı 100-ə qədər artırılsa, pis olmaz. Bu gün Azərbaycanda dünya ölkələri ilə müqayisədə sürücülük vəsiqəsi almaq çox asandır. Bilik səviyyəsi, psixoloji durum daha dərin yoxlanıla bilər. Nazirlər Kabineti tərəfindən verilən qərara əsasən, müvafiq xəstəliklər var ki, (nevroloji-psixatrik diaqnozlar və s.) onlar istisna edilməklə, hər kəs sürücülük vəsiqəsi ala bilər. İnandırım sizi, bu sahədə qaydalar sərtləşdirilsə, yol hərəkəti təhlükəsizliyinə münasibət dəyişiləcək və yol-nəqliyyat hadisələrinin sayının da azalmasına müsbət təsir edəcək”.
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI










