Dünya "Yol Qəzaları Qurbanlarının Xatirə Günü"nə həsr olunan maarifləndirici tədbir keçirilib - FOTO

21 noyabr Dünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
"Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda keçirilən tədbir “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə baş tutub.
Görüşdə Azərbaycan Respublikası DİN Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova, polis leytinantı Əhmədli Rüstəm, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və mərkəzinin “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri iştirak ediblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrində həlak olanların xatirəsini yad etmək, şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir. Qonaqlar tərəfindən məktəblilərə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzularında geniş məlumatlar verilib.
Tədbirdə məlumatların daha yaddaqalan və təsirli olması üçün əyani vasitələrdən istifadə edilib, mövzu ilə bağlı müxtəlif video çarxlar nümayiş olunub. Bununla yanaşı, şagirdlərin bilik və bacarıqları yoxlanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ























