Yol polisinə "Məktəblilərin sevimlisi" sertifikatı verildi - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq 07 oktyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” mövzusunda uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi keçirib. Müsabiqə uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilib. Müsabiqəyə respublikanın 43 şəhər və rayonundan 335 rəsm əsəri təqdim olunub. I, II və III yerlərdən başqa münsiflər tərəfindən yüksək qiymətləndirildiyi üçün 36 nəfər iştirakçının təltif edilməsi qərara alınıb. Onlardan 6-sı Şəki məktəblilərinin payına düşüb. Bundan başqa təhsilalanlarda yol hərəkəti təhlükəsizliyi ilə bağlı bilik və bacarıqların aşılanmasında və “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” adlı rəsm müsabiqəsində fəal iştirakçılığa görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki Şəhər Təhsil Şöbəsi “Təşəkkürnamə” ilə təltif edilib.
Təqdimat, 13 dekabr 2021-ci il tarixdə Şəki Şəhər Təhsil Şöbəsində keçirilib.
Tədbirdə çıxış edən Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülən bu və ya digər tədbirlərin xüsusilə keçirilən müsabiqələrin və fərqlənən şagirdlərin həvəsləndirici mükafatlarla mükafatlandırılmasının Daxili İşlər Nazirliyinin rəhbərliyinin uşaqlara olan diqqət və qayğının bir təzahürü olduğunu qeyd edib. Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şəki şəhər 1 saylı tam orta məktəbin şagirdi İsmayılova Əfsanə Elçin qızına, 8 saylı Beynəlmiləl tam orta məktəbin şagirdi Mustafazadə Nihad Tərlan oğluna, R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin şagirdi Atayeva Aylin Elman qızına, 9 saylı Beynəlmiləl tam orta məktəbin şagirdləri Yusibov Nuran Şahin oğlu və Yusifli Sənan Babək oğluna, Kim-Biologiya təmayüllü liseyin şagirdi Mütəfəkiri Nazilə Şahin qızına rəsm müsabiqəsində fərqləndiklərinə görə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış “Təşəkkürnamə”ləri təqdim edib. Daha sonra, Tural Niftalıyev Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovaya rəsm müsabiqəsində fəal iştirakçılığa görə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış “Təşəkkürnamə”ni təqdim edib. Tədbirin yekununda, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova minnətdarlığını bildirmiş və Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevi, uşaq və yeniyetmələrlə bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Şəki Şəhər Təhsil Şöbəsi o cümlədən ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək şagirdlərə piyadanın vəzifələrinin öyrədilməsi üçün fəal maarifləndirmə işləri apardığına görə “MƏKTƏBLİLƏRİN SEVİMLİSİ” adına layiq görülməsi barədə mükafatlandırıb.
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO


























