Bakı-Sumqayıt yolunda hərəkət niyə məhdudlaşdırılıb? AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına aydınlıq gətirib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, səhər saatlarında yolda nəqliyyat vasitələrinin sayı çox olub: "Polis əməkdaşları bu səbəbdən Bakı-Sumqayıt yolunda hərəkəti tənzimləmək üçün bəzi istiqamətlərdə müəyyən aralıqlarla hərəkəti məhdudlaşdırıblar. Məlum olduğu kimi, bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, həmçinin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Buna görə də yollarda nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub. Hazırda bütün yollarda hərəkət bərpa edilib”.
Qeyd edək ki, bu gün səhər saat 07:00 radələrindən 08:30 radələrinə qədər Sumqayıtdan Bakı istiqamətində hərəkət Saray postundan, eyni zamanda Xırdalandan Bakı-Sumqayıt magistralına çıxış məhdudlaşdırılıb. Yolda uzun tıxaclar yaranıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












