DYP bu şəxslərlə bağlı sürücülərə müraciət edib

"Dünyada 3 dekabr tarixi “Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır".
Bunu Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi isə geniş mənada başa düşülən anlayışdır: "Belə ki bu kateqoriyadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlət yol polisinin də daim diqqət mərkəzindədir. Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətinin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişin daşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərinə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik.
İnkuliziv həyat tərzinin əsas göstəricilərindən biri kimi hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütləq qaydada öz tövhəsini verməklə yanaşı formalaşan yeni nəsil üçün də nümunədir".
Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcə də yol hərəkəti qaydalarının tələblərinə əməl etməyi xahiş edirik!", - o vurğulayıb.
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...












