DYP bu sürücülərə xəbərdarlıq etdi: Cərimə olunacaqsınız - VİDEO

Özləri üçün başqa bir avtovağzal düzəldib, qanunsuz olaraq rayonlara sərnişin daşıyırlar. Demək bu sürücülər Bakı Beynəlxalq Avtovağzalına gedib, oradakı sərnişinlərlə razılaşaraq, onları öz ərazilərinə gətirirlər.
Buradan isə , kiçiktutumlu avtobuslar ilə gedəcəyi bölgəyə yola salırlar. Bütün bunlar yol polisinin bayramla əlaqədar keçirdiyi reyd zamanı aşkarlanıb. Başqa neqativ hallar da var. Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında gizli avtovağzal fəaliyyət göstərir. Bu ərazini özlərinə avtovağzal kimi seçən kiçiktutumlu sərnişin avtobuslarının sürücüləri rayonlara qeyri-qanuni olaraq sərnişin daşıyırlar. Ərazidə çəkiliş etdiyimiz zaman sərnişin tutumu 8 nəfər olan nəqliyyat vasitələrindən birinin sürücüsü gəldi. Daha sonra digər nəqliyyat vasitələrinin sürücüləri də ərazidən uzaqlaşmaq istədilər. Bu zaman patrul əməkdaşları onları saxladı. Sürücü əvvəlcə sərnişin aparmadığını desə də, sonradan bu əməlini etiraf etdi. Saxlanan hər biri sürücü barəsində sərnişindaşıma qayadsını pozduqları üçün 3 bal və 60 manat məbləğində cərimə tətbiq olundu. Digər bir gizlin avtovağzal isə avtomobillərin təmir yerində aşkar olunub. Yol polisi bayramla əlaqədar rayonlara gedən sərnişinlərin çxoluğunu nəzarə alaraq avtovağzal qarşısında dayanma və durma qaydasını pozmaqla süni sıxlğa səbəb olan sürücüləri də cərimə edib. Qaydaları pozan nəqliyyat vasitələrinin fotoları çəkilib və elektron protokol tərtib olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












