DYP-dən dayanma-durma və parklanma qaydalarını pozanlara qarşı reyd - FOTO

Qusar rayon Dövlət Yol Polisi əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirilib ki, yol polisləri tərəfindən rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilir. Polis əməkdaşları tərəfindən dayanma-durma qaydalarını kobud şəkildə pozan nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib.
Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.
Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















